30 Avqust 2023 16:39
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstan Baş naziri Viktor Orban Rusiya Prezidenti Vladimir Putinlə Ukraynanın yeni təhlükəsizlik arxitekturasına dair saziş bağlamağı təklif edib.

Teleqraf.com xəbər verir ki, macar lider Ukraynanın NATO-ya mümkün üzvlüyünə və Kiyevin Krımı geri almaq iddialarına qarşı çıxıb.

Orban Ukraynanın müharibəni uduzmaq yolunda olduğunu deyib.

“Biz Ukraynanın təhlükəsizliyini və suverenliyini təmin etmək üçün ruslarla yeni təhlükəsizlik arxitekturasına dair müqavilə bağlamalıyıq, amma NATO üzvlüyünə dair yox”, - baş nazir söyləyib.

Eyni zamanda o hesab edir ki, Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımın Ukraynaya qaytarılması qeyri-realdır. O, həmçinin bildirib ki, sülh üçün ən yaxşı şans ABŞ-ın keçmiş prezidenti Donald Trampın hakimiyyətə qayıdışı və Ukraynaya hərbi dəstəyin dayandırılmasıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər