Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putinin sentyabrın 4-də Soçidə görüşəcəyi açıqlanıb.
Teleqraf.com xəbər verir ki, Britaniyanın “Röyter” agentliyinə danışan Türkiyə rəsmisi görüşün əsas gündəminin Qara dəniz taxıl sazişi olacağını deyib.
Bununla yanaşı, Rusiya-Ukrayna müharibəsi, ikitərəfli münasibətlər, Suriyadakı son vəziyyət və digər məsələlər müzakirə olunacaq.
Xarici işlər naziri Hakan Fidan bu gün və sabah Rusiyada görüşlər keçirəcək. O, rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.