Rusiyalı generallar Sergey Surovikin və Andrey Yudin Ukrayna ilə müharibəyə qarşı çıxıblar.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov deyib.
“Yudin əməliyyat komandanlığında əsas planlaşdırıcılardan biridir. Baş verənlərin fəlakətlə nəticələnəcəyini bildirib. Rusiya hərbi rəhbərliyi, xüsusən də hərbçilər arasında əsas tənqidçilərdən biridir, bütün bunların fəlakət olduğunu, daha da pisə doğru gedəcəyini söyləyir. Surovikin də buna qarşı çıxıb”, - Budanov bildirib.
Onun sözlərinə görə, Surovikin Moskvaya hücumlara görə “ekstremist” elan ediləcək:
“Həmişə bir “ekstremist” olmalıdır. O, Rusiya Kosmik Qüvvələrinin komandanı olduğu üçün bu, onun məsuliyyət sahəsiydi. Bu və ya digər şəkildə onu vəzifədən çıxarmaq lazım idi”.
Bundan əvvəl Surovikinin Hava-Kosmik Qüvvələrinin komandanı vəzifəsindən uzaqlaşdırıldığı, amma Rusiya Müdafiə Nazirliyinin sərəncamında qaldığı açıqlanmışdı.