İraqla İran arasında dəmir yolunun tikintisinə başlanılıb.
Teleqraf.com xəbər verir ki, İraqın baş naziri Məhəmməd əl-Sudani dəmir yolunun təməlini qoyub.
Mərasim İraqın Bəsrə əyalətinin Şələmçe şəhərindəki sərhəd-keçid məntəqəsində baş tutub.
İran tərəfdən isə birinci vitse-prezident Məhəmməd Moxber iştirak edib.
Tikinti işlərinin iki il müddətinə başa çatacağı bildirilib.