5 Sentyabr 2023 08:15
433
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın birinci xanımı Cill Bayden COVID-19-a yoluxub, onda xəstəliyin yüngül əlamətləri müşahidə olunur.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin bəyanatında deyilir.

"Bu axşam birinci xanımın COVID-19 testi müsbət çıxıb. Hazırda onda yalnız yüngül əlamətlər var. O, Delaver ştatının Rexobot-Biç şəhərindəki evində qalacaq", – xəbərdə deyilir.

ABŞ prezidenti Co Bayden həyat yoldaşının testi müsbət nəticə verdikdən sonra koronavirus üçün mənfi testdən keçib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər