"Boko Haram”ın terror aktları nəticəsində 11 ildə 35 min nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin məlumatında bildirilib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Adamava ofisinin rəhbəri Elsi Mills-Tetti deyib ki, 2009-cu ildə terror hücumları başlayandan bəri 35 mindən çox insan həlak olub.
Mills-Tetti Nigeriyanın şimal-şərqindəki Adamava, Borno və Yobe ştatlarında davam edən "Boko Haram" hücumlarının ölkəyə mənfi təsir göstərdiyini bildirib. Bu dövrdə minlərlə insanın qaçırıldığını dilə gətirən BMT rəsmisi vurğulayıb ki, Milli İnsan Hüquqları Komissiyası 2022-ci ildə insan haqları ilə bağlı şikayətləri araşdırır və qurbanlara təzminat verilməsinə kömək edir.
Nigeriyada 2000-ci illərin əvvəllərindən mövcud olan "Boko Haram" 2009-cu ildən kütləvi şəkildə zorakılıqlar həyata keçirməyə başlayıb. Təşkilat 2015-ci ildən Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir.