Rusiyanın Moskva vilayətinə dron hücumu olub.
Teleqraf.com xəbər verir ki, bu barədə öz "Telegram" kanalında Moskvanın meri Sergey Sobyanin bildirib.
"Gecə saatlarında Ramenski rayonunda hava hücumundan müdafiə sistemi Moskvaya PUA ilə hücum cəhdinin qarşısını alıb", - deyə Moskva meri yazıb.
Qeyd edək ki, dronlardan biri Moskva vilayətində, daha ikisi isə Rostov vilayətində hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib.