İran hakimiyyəti kütləvi etiraz aksiyalarının başlaması ehtimalına qarşı hərəkətə keçib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
İran rejimi 22 yaşlı Məhsa Əmininin qətlinin ildönümü ərəfəsində hökumət əleyhinə nümayişlərin qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini gücləndirib.
Artıq sentyabrın 7-də İranın təhlükəsizlik xidməti etiraz aksiyalarının təşkilatçıları şəbəkəsinin həbs edildiyini açıqlayıb. Bundan əvvəl, bir qrup qadın hüquq müdafiəçisi “fitə salmaq” ittihamı ilə rejim tərəfindən saxlanılıb.