9 Sentyabr 2023 21:17
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin keçirdiyi “prezident seçkilərini” tanımır.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Bildirilir ki, Türkiyə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını ifadə edən bu qanunsuz seçkiləri tanımır.

"BMT-ni və beynəlxalq ictimaiyyəti bu seçkiləri tanımamağa çağırırıq. Qondarma “seçkilər” beynəlxalq hüququn, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT-in prinsiplərinin pozulmasıdır.

Türkiyə XİN Azərbaycan və Ermənistanın sülh danışıqlarını davam etdirməyə çalışdığı bir vaxtda keçirilən bu “seçkiləri” pisləyib və onu danışıqları sarsıtmağa yönəlmiş addım kimi qiymətləndirib.

“Türkiyə Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesini dəstəkləyir və yaxın gələcəkdə uzunmüddətli sülh sazişinin imzalanmasının regionda sülh və sabitliyə mühüm töhfə verəcəyinə inamını qorumaqdadır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər