Çin 2026-cı ildə ABŞ-da G20 sammitinin keçirilməsinə qarşıdır, Rusiya da bu etirazı dəstəkləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.
Mənbə qeyd edir ki, bu cür bəyanatlar simvolik xarakter daşıyır, çünki qərarın ləğvi mümkün deyil.
Sentyabrın 9-da G20 ölkələri bəyannamədə Ukraynadakı münaqişəyə müxtəlif qiymətlər verib, bütün dövlətləri BMT Nizamnaməsinə əməl etməyə çağırıb və Rusiya gübrələrinin tədarükü üçün taxıl müqaviləsinin şərtlərinə əməl olunmasını müdafiə ediblər.