12 Sentyabr 2023 22:18
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danimarka hakimiyyəti Kopenhagendə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional toplantısında iştirak etməyi planlaşdıran Rusiya səhiyyə nazirinin müavini Oleq Salaqayı ölkəyə buraxmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Kopenhagendəki diplomatik missiyasının məlumatında deyilir.

"Sentyabrın 12-14-də Kopenhagendə ÜST-ün regional toplantısı keçirilir. Bu tədbirdə səhiyyə nazirinin müavini O.Salaqayın iştirakı gözlənilirdi. Lakin Kastrup hava limanında onun Danimarkaya buraxılmasına icazə verilmədi", - mətndə deyilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər