13 Sentyabr 2023 10:07
1 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qüvvələri gecə saatlarında İran PUA-ları ("Şahid") ilə Ukraynanın Odessa və Sumı vilayətlərinə zərbələr endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Ukraynaya üç istiqamətdən 44 "Şahid" buraxılışı qeydə alınıb, PUA-lardan 23-si məhv edilib.

Rusların növbəti dəfə dronlarla mülki infrastrukturu hədəfə aldığı bildirilir. Nəticədə qeyri-yaşayış binaları və liman infrastrukturu yararsız hala düşüb. Yeddi nəfər yaralanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər