ABŞ-ın məqsədi Rusiyanın Ukrayna ilə müharibədə strateji uğur qazanmasının qarşısını almaqdır.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
“İki məqsədimiz var. Birincisi, Rusiyanı Ukraynada hər hansı strateji uğurdan məhrum etməkdir. Bunu etməsək, bu, hər yerdə təcavüzkarlara açıq dəvət olacaq. İndi demək çox vacibdir ki, Rusiya nail olmağa çalışdığı işdə uğursuzluğa düçar oldu. Məqsədi Ukraynanı xəritədən silmək, müstəqil ölkə kimliyinə son qoymaq, Rusiyaya birləşdirmək idi. Bu cəhdi uğursuz oldu”, - Blinken bildirib.
O, həmçinin qeyd edib ki, ABŞ ukraynalıların Rusiya tərəfindən ələ keçirilən ərazilərinin qalan hissəsini qaytarmaq imkanlarını maksimum artırmaq niyyətindədir.
Bundan əlavə, Blinken vurğulayıb ki, ABŞ-ın ikinci məqsədi Ukraynada sabitliyi təmin etməkdir: “Ukrayna bununla hərbi, iqtisadi və demokratik baxımdan öz ayaqları üzərində möhkəm dayana biləcək”.