Rusiya qüvvələri ötən sutka ərzində cəbhədə eyni anda bir neçə istiqamətdə hücuma keçiblər.
Teleqraf.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ötən gün ərzində 25 toqquşmanın baş verdiyini açıqlayıb.
Rusiya ordusu Baxmut istiqamətində Boqdanivkada Ukraynanın müdafiəsini yarmaq cəhdlərini dayandırmır. Ukraynalıların Klişçivkaya hücumu isə müsbət nəticə verib. Hücum əməliyyatları zamanı Andrivka qəsəbəsi azad olunub.
Rusların Avdiv və Marin istiqamətlərindəki hücumları nəticəsiz bitib. Ukrayna qoşunlarını geri çəkilməyə məcbur etmək etmək üçün 10-dan çox hücum olub.
Bundan əlavə, Ukrayna hərbçiləri Şaxtyor istiqamətində təşəbbüsü ələ alaraq, qarşı tərəfə təzyiqi artırıblar. Ukrayna ordusunun Melitopol istiqamətində hücumu da davam edir.