16 Sentyabr 2023 20:54
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Nazirlər Kabinetində maska rejimi tətbiq edilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, mövsümlə əlaqədar kəskin respirator virus infeksiyasına, COVID-19 və qripə yoluxma hallarının artması ilə əlaqədar Nazirlər Kabinetinin binasında maska rejimi və digər profilaktik məhdudiyyətlər tətbiq olunur.

Məhdudiyyətlər sentyabrın 18-dən tətbiq ediləcək. Nazirlər Kabineti əməkdaşları arasında şəxsi ünsiyyət, eləcə də ölkədaxili və xarici ezamiyyətlərin sayı azaldılacaq.

Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətindən (“Rospotrebnadzor”) jurnalistlərə bildiriblər ki, bütövlükdə ölkədə maska rejiminin tətbiqi hələlik planlaşdırılmır, lakin müəssisələrdə lokal məhdudiyyətlər ola bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər