Baxmutun cənubuna uğurlu hücum zamanı Ukrayna qoşunları Rusiyanın elit bölmələrini darmadağın edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Ukrayna ordusu Andriyevka və Klişçivkanın azad edilməsi zamanı Rusiyanın 72-ci motoatıcı, 31-ci və 83-cü hava-desant briqadalarının bölmələrini tamamilə məhv edib.
ISW qeyd edir ki, bunu Rusiyanın “Şərq” batalyonunun komandiri Aleksandr Xodakovskinin 31-ci hava-desant briqadasının komandirinin ölümü ilə bağlı açıqlaması da təsdiqləyir. Məlumatda 72-ci motoatıcı briqadanın döyüşdə səmərəsiz olduğu, amma itkilərinin dəqiq sayının məlum olmadığı bildirilir.
Rus bölmələrinin Ukrayna qoşunlarının Baxmutda əks-hücumu zamanı məhv edildiyi deyilir.