20 Sentyabr 2023 22:12
1 777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan rəhbəri Ramzan Kadırovun Moskva Mərkəzi Klinik Xəstəxanasında qalması onun səhhəti ilə deyil, əmisi Maqomed Kadırovla bağlı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Teleqram kanalında məlumat verib.

Kadırov iddia edir ki, ezamiyyətdə olarkən Mərkəzi Klinik Xəstəxanaya qohumuna baş çəkmək üçün gəlib. O, səhhəti ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. Kadırov bildirib ki, xəstə olsa belə, hay-küy olmamalıdır:

“Həmd olsun uca Allaha, mən sağam və sağlamam və heç başa düşmürəm ki, xəstəliyim zamanı belə hay-küy nə üçün olmalıdır? Baxmayaraq ki, bunun öz üstünlüyü var - indi tamaşaçılar hansı medianın və hansı şəxslərin öz oxucularına açıq yalan danışdığını bilirlər".

Qeyd edək ki, daha öncə Kadırovun səhhətində ciddi problemlərinin olduğu, koma vəziyyətinə düşdüyü, hətta ölməsi barədə də xəbərlər yayılmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər