Sentyabrın 23-də Fransanın paytaxtı Paris və digər böyük şəhərlərdə polis zorakılığına qarşı kütləvi aksiyalar keçirilib.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, yürüş iştirakçıları polis əleyhinə şüarlar səsləndirib, hüquq-mühafizə orqanları əməkdaşlarından zərərçəkənlərlə həmrəyliklərini bildiriblər.
Məlumata görə, aksiyanı Fransanın tanınmış simaları da dəstəkləyərək Emmanuel Makron hökumətini kəskin tənqid ediblər.
Aksiyada 30 mindən çox insan iştirak edib.
Nümayişçilər arasında həmkarlar ittifaqları və tələbə hərəkatlarının, o cümlədən siyasi partiyaların nümayəndələri var.