1 Oktyabr 2023 01:41
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstanın Tsuntinski rayonunun Xutrax kəndində baş verən yanğının sahəsi 800 kvadratmetrə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə Baş İdarəsi məlumat yayıb.

Bildirilir ki, hazırda 20-yə yaxın tikili yanıb. Alovun yayılmasının qarşısı alınıb, onun tam söndürməsi üçün isə işlər aparılır.

Hələki, yanğının səbəbi açıqlanmayıb.


Müəllif: Teleqraf.com