Almaniya Ukraynanı əlavə hava hücumundan müdafiə sistemləri ilə təmin etmək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, Almaniya Ukraynaya əlavə “IRIS-T” hava hücumundan müdafiə sistemi və 10-dan çox “Gepard” zenit silahı göndərəcək. Bu silahlar Ukrayna ordusuna bu ilin sonuna qədər çatdırılacaq.