İsrailin Yerusəlim şəhərinə 10-dan çox raket atılıb.
Teleqraf.com xəbər verir ki, şəhərdə ard-arda partlayışlar qeydə alınıb.
Raket hücumu ilə əlaqədar Yerusəlimdə hava hücumundan xəbərdarlıq elan olunub.
İsrailin Baş naziri Benyamin Netenyahu isə bəyan edib ki, ölkəsi Qəzzaya quru qoşunları göndərəcək. O söyləyib ki, İsrail buna məcbur olub.