İsrail ordusu Qəzza ilə sərhədə nəzarəti bərpa edib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Xaqari açıqlama verib.
“Son sutka ərzində bir terrorçu belə hasarı keçə bilməyib”, - Xaqari bildirib.
Onun sözlərinə görə, hasara yaxın ərazilərin minalardan təmizlənməsi üzərində iş gedir. Xaqari qeyd edib ki, az sayda terrorçu hələ də İsrail ərazisində gizlənir.
İsrail qüvvələri gecə ərzində Qəzza zolağında 200-dən çox hədəfə zərbələr endirib.
Vurulan hərbi obyektlər arasında məsciddəki silah anbarı, HƏMAS-ın tank əleyhinə raket qüvvələrinin istifadə etdiyi mənzil və terror qruplaşmasının istifadə etdiyi hündürmərtəbəli qüllə var.