HƏMAS-ın son illərdə İrandan aldığı dəstək olmasaydı, İsrailə hücumu mümkün olmazdı.
Teleqraf.com xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz Bundestaqda Yaxın Şərqdəki vəziyyətlə bağlı hökumət bəyanatı ilə çıxış edərkən deyib.
“Əsas narahatlığımız münaqişənin regional aspektidir. Son illərdə İranın dəstəyi olmasaydı, HƏMAS bu hücumu həyata keçirə bilməzdi. Tehran rəhbərliyi özünün əsl simasını göstərir. Berlində İranın HƏMAS-ın hücumunu xüsusi və operativ şəkildə dəstəklədiyinə dair inandırıcı dəlil yoxdur”, - Olaf Solz vurğulayıb.
Eyni zamanda Şolz bildirib ki, "Hizbullah" döyüşlərə qarışmamalıdır: "Bu, İsrailin haqlı və sərt reaksiyasına səbəb olacaq. Tərəfdaşlarımızla birlikdə bu cür ssenarinin qarşısını almaq üçün bütün variantlardan istifadə edirik. Mesajımız aydındır. İsrailə hücum bağışlanmaz səhv olardı".