Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas İsrail ordusunun (SAXAL) mülki şəxslərin təxliyə edilməsi əmrindən sonra fələstinlilərin Qəzzanın şimalında qalması çağırışlarına qoşulub.
Teleqraf.com xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi “Wafa” məlumat yayıb.
“Abbas xalqımızın Qəzza zolağından köçürülməsini tamamilə rədd edir, çünki bu, xalqımız üçün ikinci Nəkbəyə bərabər olacaq”, - məlumatda deyilir.
“Nəkbə fəlakəti” 1948-ci ildə İsrailin yarandığı vaxta təsadüf edən müharibə zamanı evlərini tərk etmiş və ya evlərindən qovulmuş təxminən 760 000 fələstinliyə aiddir.
İsrail HƏMAS-ın Qəzza zolağının yaşayış məntəqələrində yerləşməsindən sonra dinc əhali arasında itkiləri minimuma endirmək istədiyini bildirir.