14 Oktyabr 2023 17:29
1 698
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Dəməşqdə Suriya Prezidenti Bəşər Əsədlə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə iranlı nazir və Suriya başçısı İsrailə yönəlik təhdidedici açıqlamalarla çıxış ediblər.

Abdullahiyan “Hizbullah” da daxil olmaqla, bölgədəki “müqavimət qrupları”nın liderlərinin İsrailə qarşı bütün ssenarilərə hazır olduqlarını ona çatdırdıqlarını bildirib.

Bəşər Əsədin Fələstinə dəstək açıqlaması da İsrailə təhdid üzərindən verilib.

“Sionist rejim və Qərb ölkələri Fələstin dövlətini inkar etməyə davam edərsə, regionda sabitlik olmayacaq”, - Suriya lideri söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər