Rusiya Prezidenti Vladimir Putin bu gün İsrailin Baş naziri Binyamin Netanyahu və Fələstin Prezidenti Mahmud Abbasla danışacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.
“Vladimir Putin artıq Suriya prezidenti Bəşər Əsəd və İran lideri İbrahim Rəisi ilə danışıb. Gün ərzində Misir prezidenti - Əbdülfəttah əs-Sisi, Fələstin - Abbas, eləcə də İsrailin baş naziri Netanyahu ilə təmaslar olacaq. Putin Fələstin-İsrail münaqişəsinin görünməmiş gərginləşməsini yaxından izləyir. Bu münaqişə ilə bağlı bütün məsələlər prezidentin diqqət mərkəzindədir”, - Kremlin sözçüsü vurğulayıb.