ABŞ Prezidenti Co Bayden bu gün Kolorado ştatına səfər proqramını ləğv edib.
Teleqraf.com xəbər verir ki, Ağ Ev bunun HƏMAS-a qarşı müharibə aparan İsrailə dəstək məqsədilə olduğunu açıqlayıb.
Ağ Evin qısa açıqlamasında qeyd edilib ki, Bayden milli təhlükəsizlik görüşlərində iştirak etmək üçün Vaşinqtonda qalacaq.
ABŞ mediası onun bu həftə İsrailə səfər edəcəyini yazır.
İsrail Baş naziri Binyamin Netanyahu dünən ABŞ prezidentini ölkəsinə dəvət edib.