17 Oktyabr 2023 08:42
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin baş naziri Benyamin Netanyahu Tel-Əvivdə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabinetinin rəhbərliyi məlumat yayıb.

Məlumata görə, görüş Təl-Əvivdə Müdafiə Nazirliyi və təhlükəsizlik qüvvələrinin binaları kompleksində baş tutub. İclasda Netanyahudan başqa İsrail tərəfdən müdafiə naziri Yoav Qalant da daxil olmaqla hərbi-siyasi kabinetin üzvləri iştirak ediblər.

Qeyd edək ki, Qəzza zolağı ətrafında oktyabrın 7-də vəziyyətin gərginləşməsindən bəri onların ikinci görüşüdür.


Müəllif: Teleqraf.com