Rusiyanın Ukraynada məğlubiyyətə uğraması ilə bağlı deyilənlər gülüncdür.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Ukrayna Silahlı Qüvvələri indi Xerson istiqamətində növbəti əks-hücum əməliyyatına başlayıb. Zaporojye və digər istiqamətlərdə heç bir nəticə yoxdur. İtkiləri var. Moskva mümkün sülh danışıqları ilə bağlı Qərb və Kiyevin ritorikasındakı dəyişiklikləri qeydə alır. Əgər Ukrayna tərəfi real danışıqlar prosesi istəyirsə, o zaman bunu hansısa “teatr jestləri” ilə etmək lazım deyil. İlk növbədə Ukrayna Prezidenti Vladimir Zelenski danışıqları qadağan edən fərmanını ləğv etməlidir”, - deyə Rusiya lideri bildirib.