19 Oktyabr 2023 16:32
1 838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Kansleri Olaf Şolz Rusiya Prezidenti Vladimir Putinin İsrail və HƏMAS arasında savaşda mülki itkilərlə bağlı xəbərdarlığını bəyənmir.

Teleqraf.com xəbər verir ki, kansler Rusiya lideri ilə yanaşı, HƏMAS-ı dəstəkləyən İrana da təpki göstərib.

“Rusiya prezidentinin silahlı münaqişələrdə dinc qurbanlar ola biləcəyi barədə xəbərdarlıq etdiyini eşidəndə çox qəzəblənirəm. Əslində, bundan daha kinli bir şey yoxdur”, - Şolz deyib.

Onun sözlərinə görə, Avropa Birliyi gələcəkdə Ukraynaya maliyyə dəstəyini davam etdirməlidir, amma əlavə vəsaitlərin istifadəsi uzunmüddətli perspektiv üçün həll yolu deyil:

“Bizim aydın mövqeyimiz var. Ukraynaya kömək etmək üçün biz - avropalılar birgə yardım etməliyik”.

İsrailə gəlincə, Almaniya kansleri vurğulayıb:

“Bu çətin günlərdə yerimiz İsrailin yanındadır. İsrailin özünümüdafiə hüququ var, amma İsraildəki dostlarımızla söhbətlərimizdə humanitar yardımın da ümumi mənzərənin bir hissəsi olduğunu açıq şəkildə bildirdik”.

Kansler söyləyib ki, regional eskalasiyanın dərinləşməməsi üçün hər şeyi etmək lazımdır, İran və “Hizbullah”ın müharibəyə cəlb edilməsi səhv olardı. Onun sözlərinə görə, Avropa Birliyi İsraili dəstəkləmək məsələsində birləşib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər