ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Livanın Baş naziri Nəcib Mikati arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, Blinken Livanın Fələstin-İsrail münaqişəsinə cəlb olunacağı təqdirdə ölkə əhalisinin əziyyət çəkəcəyini bildirib.
Söhbət zamanı Blinken qeyd edib ki, Amerika hakimiyyəti Livan xalqına dəstək verməyə hazırdır.
Eyni zamanda, dövlət katibi ABŞ-ın Livan və İsrail arasındakı sərhəddə gərginliyin artmasından narahatlığını ifadə edib.