16 Yanvar 2015 17:52
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Kürd Regional Rəhbərliyi tərəfindən göndərilən üçüncü könüllü kürd birliyi Suriyanın Kobani şəhərinə girib.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İraqın Ərbil şəhərindən xüsusi təyyarə ilə Şanlıurfa hava limanına gələn və bir müddət burada gözləyən birlik avtobusla Suruç bölgəsinə hərəkət edib.

Suruçdan isə təhlükəsizlik tədbirləri altında kürdlər Kobaniyə gedib. Kobanidə olan ikinci könüllü kürd birliyi isə yaxın günlərdə şəhəri tərk edəcək.

Samir


Müəllif:

Oxşar xəbərlər