“İnsan tələfatlarına məhəl qoymayan İsrailin hərbi strategiyası sonda əks nəticə verə bilər”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Barak Obama deyib.
Eks-prezident İsrailin özünümüdafiə hüququnun olduğunu da bildirib:
“Bununla belə, bütün dünya regiondakı prosesləri diqqətlə izləyir. İnsan tələfatlarına məhəl qoymayan İsrailin hərbi strategiyası sonda əks nəticə verə bilər”.
Obama Qəzzanın bombardman edilməsi nəticəsində minlərlə dinc insanın həyatını itirdiyinə diqqət çəkib: “Onların əksəriyyəti uşaqlardır. Yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb”.
Sabiq prezident İsrail hökumətinin Qəzza siyasətini tənqid edib:
“İsrail hökumətinin mühasirədə olan mülki əhaliyə qida, elektrik və suyu kəsmək qərarı təkcə pisləşən humanitar böhranı gücləndirmir, həm də gələcək nəsillər üçün Fələstinin münasibətini sərtləşdirə bilər. Bu, İsrailə qlobal dəstəyi sarsıda, İsrailin düşmənlərinin əlinə bəhanə verə və regionda sülh və sabitliyə nail olmaq üçün çoxdankı səyləri sarsıda bilər”.