28 Oktyabr 2023 10:23
1 753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Pekin hesab edir ki, Çin və ABŞ arasında münasibətləri normallaşdırmaq üçün beş prinsipi nəzərə almaq lazımdır.

Teleqraf.com xəbər verir ki, bunu Çin xarici işlər naziri Van Yi deyib.

“Bu il Çin-ABŞ arasında münasibətlərdə baş verən dəyişiklikləri təhlil etsək, nəticələrdən lazımi dərs çıxara bilərik. Ən əsası, beş məcburi prinsipi rəhbər tutmaq lazımdır: iki ölkə liderləri arasında əldə olunan konsensusu dəstəkləmək, Çin-ABŞ münasibətlərini sabitləşdirmək, dialoqu təşviq etmək üçün kanalları saxlamaq, fikir ayrılıqlarını, ziddiyyətləri və çəkişmələri aradan qaldırmaq, qarşılıqlı faydalı əməkdaşlığı təşviq etmək”, - nazir bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər