29 Oktyabr 2023 08:43
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin rabitə naziri Şlomo Karhi “Starlink”in Qəzza zolağına dəstək verəcəyini deyən amerikalı milyarder İlon Maskı qınayıb.

Teleqraf.com xəbər verir ki, Karhi onun şirkəti ilə əlaqələrin kəsildiyini bəyan edib.

“Bəlkə Mask bu qərarı qaçırılan uşaqlarımızın, oğullarımızın, qızlarımızın və qocalarımızın azad edilməsi ilə şərtləndirmək istərdi?”, - deyə o bildirib.

Bundan əvvəl amerikalı milyarder İlon Mask bildirmişdi ki, “Starlink” peyk rabitəsi xidmətləri Qəzza zolağında beynəlxalq səviyyədə tanınmış yardım təşkilatlarına təqdim ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər