29 Oktyabr 2023 13:11
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail hərbçiləri son sutkada Qəzza zolağındakı 450 hədəfə hücum ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (İMO) mətbuat xidməti teleqramda məlumat yayıb.

“Son 24 saat ərzində İMO qırıcıları Qəzza zolağında HƏMAS terror təşkilatına məxsus 450 hərbi obyektə, o cümlədən əməliyyat komandanlıq məntəqələri, müşahidə məntəqələri və tank əleyhinə raket buraxılış qurğularına zərbələr endirib. İMO bölmələri quru əməliyyatlarını genişləndirməkdə davam edir”, - məlumatda nəql edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər