Amerikalı aktrisa Ancelina Coli İsrailin Qəzzada keçirdiyi əməliyyatları “tələyə salınmış dinc əhalinin qəsdən bombalanması” və “cinayət” adlandırıb.
Teleqraf.com xəbər verir ki, aktrisa bütün dünyanın bu "cinayətin ortağı" olduğunu deyib.
“Qəzza təxminən iyirmi ildir açıq hava həbsxanasına çevrilib, sürətlə kütləvi məzarlığa çevrilir. Ölənlərin 40 faizi günahsız uşaqlardır. Bütün ailələr öldürülür”, - Coli bildirilib.
Onun sözlərinə görə, humanitar atəşkəs tələbindən imtina etməklə və BMT Təhlükəsizlik Şurasının atəşkəs tətbiq etməsinin qarşısını almaqla dünya liderləri bu cinayətlərə şərik olurlar.