Türkiyənin ABŞ-dən F-16 qırıcıları alması ilə bağlı texniki səviyyədə aparılan danışıqlar başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
“Texniki nümayəndə heyətlərinin danışıqları başa çatıb. Biz ABŞ-də müvafiq qanunvericilik prosedurlarının tezliklə və müsbət yekunlaşmasını gözləyirik. Biz bir daha deyirik ki, ABŞ bu problemi heç bir şərtlə əlaqələndirməməlidir”, - qurumdan vurğulanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bəyan etmişdi ki, Birləşmiş Ştatlar Ankaraya F-16-ların tədarükünə razılıq verməsini İsveçin NATO-ya daxil olması məsələsində müsbət qərarla əlaqələndirməkdə davam edir