3 Noyabr 2023 17:35
5 230
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müvəqqəti olaraq Ukraynanı tərk etmişəm, prezident postu uğrunda mübarizə aparmaq niyyətindəyəm”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Aparatının keçmiş müşaviri Aleksey Arestoviç deyib.

“Prezident Aparatı ilə konfliktdəyəm, çünki onlara qarşı müxalif mövqe tutmuşam. İndi güc onların əllərindədir, hərbi vəziyyət hökm sürür. Onların özbaşınalıqlarının könüllü qurbanına çevrilmək planlarımın bir hissəsi deyil”, - keçmiş müşavir bildirib.

Bundan əvvəl Arestoviç Prezident Vladimir Zelenski və komandasını tənqid etməklə yanaşı, sülh planı təklif edib, Rusiya ilə sülhə çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər