5 Noyabr 2023 12:38
1 444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Çeçenistan Respublikasının hazırkı başçısı Ramzan Kadırovun 16 yaşlı oğlu Adam Kadırov məsul vəzifəyə təyin edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə vilayət parlamentinin sədri Maqomed Daudov teleqram kanalında məlumat verib.

“Mənim əziz qohumum Adam Kadırov Çeçenistan Respublikasının başçısının təhlükəsizlik xidmətində məsul vəzifəyə təyin edilib. Adam böyük Kadırovlar ailəsinin və bütün çeçen xalqının layiqli nümayəndəsi olduğunu praktikada göstərib və sübut edib. O, güclü, prinsipial xarakteri, ölkəmizə, bütün Vətənə faydalı olmaq səmimi istəyi ilə seçilir”-deyə, o bildirib.

Ölkənin səhiyyə naziri Adam Alxanov Adam Kadırovu təbrik edərək, Çeçenistan başçısının təhlükəsizlik departamentinin rəhbəri vəzifəsinə təyin olunduğunu açıqlayıb:

“Hörmətli qardaşım Adam Kadırovu Çeçenistan Respublikası rəhbərinin təhlükəsizlik idarəsinin rəisi vəzifəsinə təyin olunması münasibətilə səmimi qəlbdən təbrik edirəm”.

Qeyd edək ki, Adam Kadırov 2007-ci il noyabrın 24-də anadan olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər