Uruqvayda narkotacir Sebastyan Marsetuya yeni pasportun verilməsi iki nazirin istefası ilə nəticələnib.
Teleqraf.com xəbər verir ki, xarici işlər naziri Fransisko Bustilodan sonra, daxili işlər naziri Luis Eber və nazir müavini Qilermo Masel də istefa verib.
Uruqvay Prezidenti Luis Lakalye Pou istefaları qəbul etdiyini bildirib.