İrana bağlı silahlı qruplaşmalar ABŞ-ın İraqdakı hərbi bazalarına pilotsuz təyyarələrlə (PUA) hücuma cəhd ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə İraq mediası məlumat yayıb.
Dünən gecə və bu gün səhər saatlarında iki PUA Ənbar əyalətindəki Ayn əl-Əsəd hərbi bazasına hücum edib. Hər iki pilotsuz təyyarə hərbi qüvvələr tərəfindən vurulub.
Üçüncü PUA Suriyada, İraqla sərhədə yaxın ərazidə yerləşən Əl-Tanf hərbi bazasını hədəfə alıb, amma dron hücum zamanı vurulub.
Hücum ABŞ dövlət katibi Entoni Blinkenin İraqa səfərindən sonra baş verib. Dövlət katibi Bağdadda olarkən regional qüvvələrə Qəzzadakı durumdan ABŞ-ın Yaxın Şərqdəki maraqlarına zərər vurmaq üçün istifadə etməmək barədə xəbərdarlıq edib.
İraq Baş naziri Məhəmməd əl-Sudani dövlət katibi ilə danışıqlardan sonra İrana gedib, Blinken isə Türkiyəyə yollanıb.