İran regiondakı neft istehsal edən ölkələrin iqtisadiyyatını qorumaq üçün Səudiyyə Ərəbistanından neftin qiymətinin düşməsini dayandırmasını xahiş edib.
Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər nazirinin Ərəb və Afrika məsələləri üzrə müavini Hüseyn Əmir Abdullahian bildirib.
“Biz diplomatik kanallar vasitəsilə Səudiyyə Ərəbistanının yüksək çinli məmurlarına bununla bağlı xəbər göndərmişik”, - Abdullahian deyib.
Nazir müavini bildirib ki, İran Səudiyyə Ərəbistanının xam neftin qiymətinin aşağı salınmasında böyük rol oynayacağını gözləyir.