Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Olaf Şolzla görüşəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Türkiyə prezidentinin noyabrın 17-də Almaniyaya səfər edəcəyi bildirilib. Səfər çərçivəsində iki ölkənin liderlərinin görüşü nəzərdə tutulub.