Rusiya ordusu təkidlər Avdiv şəhərini ələ keçirməyə çalışır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Tavriya vilayətinin Müdafiə Qüvvələrinin sözçüsü Aleksandr Ştupun məlumat verib.
Onun fikrincə, rusların Avdivi işğal etməsi, ilk növbədə, siyasi baxımdan çox vacibdir:
“Birincisi, bu, 2023-cü il üçün bir növ qələbə sayıla bilər. Səyləri müsbət nəticə versə, rus xalqına nəyisə qələbə kimi göstərmək üçün fürsət yaranacaq. Hazırda xoşbəxtlikdən rus ordusu bundan artığına qadir deyil. Bu, o qədər də strateji deyil, sırf siyasi məsələdir”.
Ştupun Rusiyanın üç gündür Tavriya istiqamətində SU-35 təyyarələrinin idarəolunan aviabombalarından aktiv şəkildə istifadə etdiyini bildirib. Bombaların əksəriyyəti Avdiv və onun ətrafına düşür:
“Rusiyalı terrorçular təkcə dünən 500 kiloqrama yaxın 30 belə bomba atıblar. Ümumilikdə Ukrayna hərbçiləri Avdiv istiqamətində irəliləmək istəyən rusların 18 cəhdini dəf edib”.
Onun sözlərinə görə, Rusiya heç vaxt döyüşlərdə iştirak etməyən insanları ön xəttə atır.
Ştupun Rusiya ordusunun Avdiv istiqamətindəki taktikasına da toxunub. O qeyd edib ki, ruslar əvvəllər çoxlu sayda piyada ilə böyük kolonlar şəklində irəliləməyə çalışsalar da, zirehli texnikada xeyli itkilər verdikləri üçün piyadaları geri çəkiblər. Bundan sonra artilleriya, ardınca aviasiyadan istifadə olunub. Amma 7 hücum təyyarəsi itirildikdən sonra uzaq məsafədən təyyarələrdən atidarəolunan bombalar atmağa başlayıblar.
“Bombalar SU-35 təyyarələrindən atılır, təəssüf ki, bunlar hazırda hava hücumundan müdafiə imkanlarımız daxilində deyil”, - hərbçi bildirib.
Ştupun vurğulayıb ki, Rusiya Avdiv şəhərini ələ keçirə bilsə, bu, onun bu il ərzində ilk “böyük qələbəsi” olacaq.