15 Noyabr 2023 14:27
3 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada vəziyyət getdikcə Rusiya Prezidenti Vladimir Putinin xeyrinə dəyişir.

Teleqraf.com xəbər verir ki, bunu britaniyalı jurnalist Luke Xardinq deyib.

“Dünyanın diqqəti Yaxın Şərqdəki müharibəyə yönəldiyindən, Vladimir Putin Ukraynada üstünlüyünü daha da artırıb. Artıq zaman onun tərəfindədir. Donald Trampın növbəti dəfə ABŞ prezidenti seçilməsi ehtimalı da Putin üçün çox böyük fürsət olacaq. Çünki amerikalı siyasətçi Ukraynaya kömək etməkdə maraqlı deyil. Ötən il hələ də ümid var idi ki, yayda Qərbin silahlandırdığı Ukrayna ordusu öz ərazilərini geri alacaq. Amma əks-hücumun ilk iki həftəsində onlar öz texnikalarının təxminən 20 faizini itirdilər. Hazırkı dönəmdə Ukrayna üçün vəziyyət heç də ürəyaçan deyil, hətta deyərdim çox təhlükəlidir", - Xardinq bildirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər