Ukrayna Silahlı Qüvvələri son sutka ərzində Xerson vilayətinin sol sahilində əməliyyat zonasını genişləndiriblər. Ukrayna hərbçiləri Krınık qəsəbəsində irəliləyiblər.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Rusiya ordusu Ukrayna qüvvələrinin Krınıkın şimal-şərq hissəsindəki mövqelərinə zərbələr endirib. Bu, Ukrayna ordusunun bu ərazilərdə irəlilədiyini göstərir.
Rusiya mənbələri Poyma, Pışçanivka və Krınık yaxınlığında döyüşlərin davam etdiyini bildirir.