Misir İsrail və HAMAS arasında müvəqqəti atəşkəsin daha iki gün uzadıla biləcəyini bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Misir Prezidentinin baş müşaviri Diaa Raşvan bildirib.
Onun sözlərinə görə, Qahirə və Doha İsrail və HAMAS arasında davam edən atəşkəsin daha iki gün uzadılmasını təmin etməyə çox yaxındır.
Bildirilib ki, atəşkəs iki gün uzadılacağı təqdirdə, HAMAS 20 israilli girovu, İsrail tərəfi isə 60 fələstinlini azad edəcək.