29 Noyabr 2023 13:18
1 601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın NATO-ya sürətlə daxil olması Rusiya lideri Vladimir Putini müharibənin məqsədini itirdiyinə inandıracaq.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı keçmiş səfiri Kurt Volker deyib.

“Əminəm ki, NATO-nun bugünkü siyasəti istər-istəməz Putinə hərbi əməliyyatları davam etdirmək üçün siqnal verir. Çünki biz deyirik ki, Ukrayna uzunmüddətli perspektivdə üzv olacaq, amma bu müharibə davam edərkən onu NATO-ya daxil edə bilmərik. Bu, Putin üçün müharibəni davam etdirmək üçün stimuldur. Hesab edirəm ki, tam əks - Ukraynanın ən qısa vaxtda NATO-ya üzv olacağına dair mesaj göndərməyin vaxtı çatıb”, - amerikalı diplomat bildirib.

Volkerin fikrincə, bu, Ukraynanın uduzmaq imkanı olmadığı anlamına gələcək.

“O zaman Putin üçün bu müharibənin davam etdirilməsi mənasız, Rusiya üçün isə dağıdıcı olacaq”.

Diplomat bunun həyata keçirilməsinin o qədər də çətin olmadığına inanır.

Volker onu da əlavə edib ki, NATO Ukraynaya daha çox kömək edə bilər, məsələn, səmanı Rusiyanın hücumlarına qarşı bağlamaqla.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər