Türkiyənin ABŞ-dan F-16 döyüş təyyarələri alması ilə İsveçin NATO-ya daxil olması arasında əlaqənin olduğunu bilirik.
Teleqraf.com xəbər verir ki, bunu İsveç xarici işlər naziri Tobias Billström deyib.
“Dünən həmkarım, Türkiyə xarici işlər naziri Hakan Fidanla ikitərəfli görüşüm oldu. O, təsdiqin bir neçə həftə ərzində baş verəcəyini gözlədiyini söylədi”, - isveçli nazir bildirib.
İsveçin NATO-ya üzvlüyü terrorla mübarizədən asılıdır. İsveçi terrorçular, xüsusilə də PKK terror təşkilatının üzvlərinə sığınacaq verməkdə ittiham edən Türkiyə Skandinaviya ölkəsinin NATO-ya üzvlük müraciətinə veto qoyur. Türkiyə ötən ilin iyununda NATO sammitində imzalanmış memorandum çərçivəsində İsveçdən terrorun bütün forma və təzahürləri ilə effektli mübarizə aparacağını gözləyir.